“Koroğlu”dan 24 saat fasiləsiz K1 marşrutu həyata keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

“Koroğlu”dan 24 saat fasiləsiz K1 marşrutu həyata keçiriləcək

Sosial

05 May 2026 10:53 150


Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) zamanı "Koroğlu" metrostansiyasının yaxınlığında yerləşən habdan 24 saat fasiləsiz şəkildə K1 marşrutu həyata keçiriləcək.

"Yeni Sabah" Report-a istinadla xəbər verir ki, bunu tədbir çərçivəsində nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinqdə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov bildirib.

Onun sözlərinə görə, insanların tədbirin keçiriləcəyə məkana daşınması üçün 9 şəhər nəqliyyat mübadilə mərkəzi seçilib və 2 şəhərdaxili müntəzəm avtobus xətti istifadəyə veriləcək: "Ümumi 67 şəhərdaxili dayanacaq istifadə olunacaq. Hava limanı üzrə isə müntəzəm 6 avtobus xətti olacaq". ​


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!