4 minə yaxın azərbaycanlı xaricdən geri qaytarılıb - DMX rəisi

saytların hazırlanması

Evə çatdırılma

4 minə yaxın azərbaycanlı xaricdən geri qaytarılıb - DMX rəisi

Sosial

29 İyul 2026 12:06 105


2014-cü ildən bu günədək readmissiya sazişləri çərçivəsində ümumilikdə 3 990 şəxs Azərbaycana geri qəbul edilib.

"Yeni Sabah" xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov deyib.

Onun sözlərinə görə, 2026-cı ilin ilk 6 ayı ərzində readmissiya sazişləri çərçivəsində 306 şəxs Azərbaycana geri qəbul edilib: Sezar pizza

"205 şəxslə bağlı 138 readmissiya sorğusu müsbət cavablandırılıb".

DMX rəisi onu da əlavə edib ki, cari ildə qanunsuz miqrasiyanın təşkili və digər qanunsuz əməllərlə bağlı 4 fakt aşkar edilib:

"2026-cı ilin ilk 6 ayı ərzində 850 əcnəbi ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılıb. Həmçinin miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı 9757 qərar qəbul edilib".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!