Maliyyə Nazirliyi Azərbaycanın makroiqtisadi və əsas maliyyə göstəricilərini təqdim edib.Təqdim olunan məlumatlara əsasən, ölkə iqtisadiyyatında müsbət dinamika müşahidə olunur.
“Yeni Sabah” xəbər verir ki, Ümumi Daxili Məhsulun həcmi 102 048,2 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.5% çoxdur. Qeyri-neft-qaz sektorunda ÜDM istehsalı 2.6% artaraq 71 721.7 mln. manata çatıb. Əhalinin hər nəfərinə düşən ÜDM-in həcmi isə 1.1% artımla 9 933.8 manat olub.
Dövlət büdcəsinin gəlirləri 0.6% artımla 29 311.8 mln. manat təşkil edib. Büdcə xərcləri isə 2.8% artaraq 25 348.2 mln. manata yüksəlib. Dövlət büdcəsində 3 963.6 mln. manatlıq profisit yaranıb ki, bu da ötən illə müqayisədə 11.4% azdır. pizza sifarişi
İcmal büdcənin gəlirləri 2.4% artımla 36 730.4 mln. manata çatıb. Xərclər isə 3.7% artaraq 30 089.9 mln. manat təşkil edib. İcmal büdcənin profisiti 6 640.5 mln. manat olub ki, bu göstəricidə 2.9%-lik azalma qeydə alınıb.
Cəlalə Cəlalqızı
Telegram kanalımız