Hansı ölkədə təqaüdə çıxma daha sərfəlidir? -   Reytinq

saytların hazırlanması

Evə çatdırılma

Hansı ölkədə təqaüdə çıxma daha sərfəlidir? - Reytinq

Sosial

06 Noyabr 2026 11:56 127


“Natixis Qlobal Təqaüd İndeksi” dünyada təqaüdə çıxmaq üçün ən əlverişli ölkələrin reytinqini bəyan edib.

"Yeni Sabah" yeniavaz.com-a istinadla xəbər verir ki, 2026-cı il üzrə nəticələrə əsasən, Norveç təqaüdçülər üçün ən yaxşı ölkə seçilib.

O, 100 mümkün baldan 83-nü toplayaraq birinci yeri tutub. pizza sifarişi

Siyahıda pensiya sisteminin etibarlılığı, səhiyyə xidmətlərinin səviyyəsi, həyat keyfiyyəti və insanların maddi rifahı əsas meyarlar kimi götürülüb.

Reytinqdə İrlandiya 81 balla ikinci, Niderland 79 balla üçüncü olub. İsveçrə 79 balla dördüncü, Danimarka isə 78 balla beşinci yerdə qərarlaşıb.

Təqaüd indeksi nə deməkdir?

Təqaüd indeksi ölkənin yaşlı insanların pensiya dövründə rahat və təhlükəsiz yaşaması üçün nə dərəcədə əlverişli olduğunu göstərən qiymətləndirmə sistemidir. Bu indeks yalnız pensiyanın məbləğini ölçmür. Burada pensiya sisteminin nə qədər etibarlı olması, insanların tibbi xidmətlərə çıxışı, yaşayış səviyyəsi, maddi təhlükəsizlik və ümumi həyat şəraiti də nəzərə alınır.

Təqaüdçülərin aylıq yaşayış xərcləri nə qədərdir?

Araşdırmada ölkələrin təqaüd indeksləri ilə yanaşı, bir nəfərin təxmini aylıq yaşayış xərcləri də müqayisə edilib. Hesablamalara şəhər mərkəzində bir yataq otaqlı mənzilin kirayəsi də daxil edilib.

Norveçdə bir nəfərin aylıq yaşayış xərci təxminən 2 935 dollar, İrlandiyada 2 942 dollar, Niderlandda isə 2 827 dollar təşkil edir.

Reytinqdə yeddinci yerdə qərarlaşan Almaniyada aylıq yaşayış xərci 2 023 dollar olduğu halda, 24-cü yerdəki ABŞ-də bu göstərici 2 845 dollardır.

Eyni təqaüd indeksinə malik ölkələrdə yaşayış xərcləri ciddi şəkildə fərqlənə bilər. Məsələn, Çexiya və İslandiya 75 faiz nəticə ilə reytinqdə eyni bal toplayıb. Lakin Çexiyada aylıq yaşayış xərci 1 678 dollar, İslandiyada isə 4 118 dollar hesablanıb.

Beləliklə, iki ölkə eyni indeks balına malik olsa da, orada yaşamaq üçün tələb olunan vəsait arasında ciddi fərq var.

Araşdırmada qeyd olunur ki, güclü pensiya sistemi və əlçatan səhiyyə xidmətləri təqaüdçülərin həyat keyfiyyətinə birbaşa təsir göstərir.

2026-cı ildə təqaüdçülər üçün ən yaxşı 25 ölkə aşağıdakı kimi olub:

Norveç – 2 935 dollar (83%)

İrlandiya – 2 942 dollar (81%)

Niderland – 2 827 dollar (79%)

İsveçrə – 3 717 dollar (79%)

Danimarka – 2 369 dollar (78%)

Avstraliya – 2 750 dollar (77%)

Almaniya – 2 023 dollar (75%)

Lüksemburq – 3 261 dollar (75%)

İslandiya – 4 118 dollar (75%)

Çexiya – 1 678 dollar (75%)

Sloveniya – 1 668 dollar (73%)

Yeni Zelandiya – 2 050 dollar (73%)

Sinqapur – 4 232 dollar (72%)

Malta – 2 085 dollar (72%)

Böyük Britaniya – 2 465 dollar (72%)

Belçika – 2 076 dollar (71%)

İsrail – 2 910 dollar (71%)

Avstriya – 2 187 dollar (70%)

Polşa – 1 487 dollar (70%)

Cənubi Koreya – 1 702 dollar (69%)

Kanada – 2 333 dollar (69%)

İsveç – 1 933 dollar (69%)

Kipr – 1 989 dollar (68%)

ABŞ – 2 845 dollar (68%)

Yaponiya – 1 428 dollar (67%)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!