Yanvar-sentyabr aylarında dövlət büdcəsinin 25 348,2 milyon manatlıq xərclərinin iqtisadi təsnifat üzrə bölgüsünə əsasən, ən böyük vəsait əməyin ödənişinə (7 842,5 milyon manat) yönəldilib.
“Yeni Sabah” xəbər verir ki, digər xərclər qeyri-maliyyə aktivlərinə 6 709,5 milyon manat, malların satın alınmasına 3 716,0 milyon manat, sosial ödənişlərə 2 426,9 milyon manat və qrantlar və digər ödənişlərə 2 349,5 milyon manat təşkil edib. Həmçinin öhdəliklər üzrə əməliyyatlar 766,9 milyon manat, faizlər üzrə ödənişlər 702,1 milyon manat, subsidiyalar 630,0 milyon manat, maliyyə aktivləri üzrə əməliyyatlar 156,3 milyon manat, dövlət icbari şəxsi sığorta xərcləri isə 48,5 milyon manat olub.
Cəlalə Cəlalqızı Marqarita pizza
Telegram kanalımız