“Bir də baxdım ki...” – Xoşqədəm Baxşəliyevadan etiraf

saytların hazırlanması

Evə çatdırılma

“Bir də baxdım ki...” – Xoşqədəm Baxşəliyevadan etiraf

Şou

06 Noyabr 2026 11:15 127


Xoşqədəm Baxşəliyeva televiziya sahəsindəki fəaliyyətindən və bu peşəyə sevgisindən danışıb.

“Yeni Sabah” xəbər verir ki, o, sosial şəbəkə hesabında yazılı mediadan televiziyaya keçmək qərarını vermə üçün uzun müddət düşündüyünü dilə gətirib.

“Tərəddüdlərim də vardı, suallarım da. Amma bir də baxdım ki, artıq televiziyanın ən böyük, ən ağır axtarış proqramını yaratmışam. Bəlkə də elə həmin gün televiziyaya bağlandım. Onu sadəcə bir iş yeri deyil, həyatımın, yaradıcılığımın, yaşantılarımın bir parçası kimi sevdim. O gündən bu sevgim azalmadı, əksinə, illər keçdikcə daha da böyüdü. pizza sifarişi

Bu yolun hər anında əməyi, zəhməti, həyəcanı və sevgisi olan bütün televiziya və radio işçilərini peşə bayramı münasibətilə ürəkdən təbrik edirəm! Efiriniz aydın, sözünüzün çəkisi, əməyinizin dəyəri daim olsun! Bayramınız mübarək!”

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!