Dövlət büdcəsinin gəlirləri proqnozu 787 milyon manat üstələyib

saytların hazırlanması

Evə çatdırılma

Dövlət büdcəsinin gəlirləri proqnozu 787 milyon manat üstələyib

İqtisadiyyat

06 Noyabr 2026 11:34 92


Dövlət büdcəsinin daxilolmaları ümumilikdə 29 311,8 milyon manat təşkil edib ki, bu da proqnozla müqayisədə 787,4 milyon manat və ya 2,8% çoxdur.

“Yeni Sabah” xəbər verir ki, məlumatlara əsasən, neft-qaz sektoru üzrə gəlirlər 12 930,5 milyon manat olub (ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 219,1 milyon manat və ya 8,6% az), qeyri-neft-qaz sektoru üzrə gəlirlər isə 16 381,3 milyon manat təşkil edərək 1 388,4 milyon manat və ya 9,3% artıb.

Daxilolma mənbələrinə gəldikdə, vergi orqanlarının xətti ilə 13 630,4 milyon manat (46,5%), Dövlət Neft Fondundan transfert 9 628,0 milyon manat (32,8%), gömrük orqanlarının xətti ilə 4 973,3 milyon manat (17,0%), dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən 543,2 milyon manat (1,9%), sair daxilolmalar 493,7 milyon manat (1,7%), dövlət əmlakının icarəyə verilməsindən isə 43,2 milyon manat (0,1%) daxil olub. Dördpendirli pizza

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!