4 nəfər başqasının yerinə imtahan vermək istədi

saytların hazırlanması

Evə çatdırılma

4 nəfər başqasının yerinə imtahan vermək istədi

Sosial

14 Fevral 2019 22:01 681


Fevralın 10-da keçirilən sınaq imtahanında tətbiq edilən “üzün tanınması” texnologiyasına əsaslanan proqram-texniki vasitə ilə 4 nəfərin başqasının yerinə imtahana girmək cəhdinin qarşısı alınıb.

Dövlət İmtahan Mərkəzindən "Yeni Sabah"a verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin modelinə uyğun keçirilən sınaq imtahanında Bakı və Gəncə şəhərlərində bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunub.

Bildirilib ki, bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd abituriyentlərin imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçmiş abituriyentin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır. Dominos pizza

Ötən il qəbul imtahanlarında da abituriyentin əvəzinə başqa şəxsin imtahan binasına daxil olmağa cəhd etməsi kimi hallarla rastlaşmışıq və həmin məsələ ilə bağlı müəyyən olunan faktlar hüquqi qiymət verilməsi üçün müvafiq orqanlara göndərilib. Bu faktlarla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi qaldırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!