43 nəfərin xəsarət alması yanlış məlumatdır-Sumqayıt İH rəsmisi

saytların hazırlanması

Evə çatdırılma

43 nəfərin xəsarət alması yanlış məlumatdır-Sumqayıt İH rəsmisi

Avto

22 Fevral 2019 19:59 1301


“19 nəfər hazırda xəstəxanadadır. Bəzən yazırlar ki, 43 nəfər xəstəxanaya müraciət edib. Yalnış məlumatdır. Ümumilikdə 31 nəfər xəstəxanaya müraciət edib. Onların bəzisi qəzanın iştirakçısı olub deyə stress keçiriblər. Amma 19 nəfər xəsarət alan var idi. Hazırda həmin şəxslərin həyati təhlükəsi yoxdur”. 

Bu sözləri “Yeni Sabah”a açıqlaması zamanı Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev deyib. Onun sözlərinə görə, yaralılardan 9-u Cərrahiyyə, 6-sı Reanimasiya, 4-ü isə Neyrocərrahiyyə şöbəsindədir.

“Müəyyən travma alanlar var, bir müddət müalicə almalıdırlar. Reanimasiya şöbəsinə yerləşdirilən 6 xəstənin vəziyyəti orta ağır və stabildir. Bu gün həmin xəstələrin palataya köçürüləcəyi gözlənilir. Bununla yanaşı, palata şəraitində müalicə olunanlardan 5 nəfərin vəziyyəti kafi qiymətləndirildiyi üçün ambulator müalicəyə buraxılacaqlar”.  Dördpendirli pizza

Qeyd edək ki, ötən gün Sumqayıt şəhərində 30 saylı marşrut üzrə hərəkət edən avtobus minik avtomobili ilə toqquşub. Nəticədə 31 nəfər müxtəlif xəsarətlərlə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Əsmər Qabil

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!