Hacıqabul Sənaye Parkının rezidentləri sırasına “Az Agromila” MMC də qoşulub.
“Yeni Sabah” xəbər verir ki, şirkət parkın ərazisində yeni nəsil gübrə və biopestisidlərin istehsalını təşkil edəcək. Layihəyə 4,7 milyon manat investisiya qoyulması və nəticədə 40-dan çox yeni iş yerinin açılması planlaşdırılır.
Qeyd edək ki, hazırda Hacıqabul Sənaye Parkında 15 sahibkarlıq subyekti rezident, 5 sahibkar isə qeyri-rezident statusundadır. Parkda indiyədək həyata keçirilən layihələrə 66,8 milyon manatdan artıq investisiya yatırılıb və 500-dən çox iş yeri yaradılıb. Dördpendirli pizza
Telegram kanalımız