Bakı-Quba ödənişli avtomobil yolunda yük maşını aşdı, ölən var

saytların hazırlanması

Evə çatdırılma

Bakı-Quba ödənişli avtomobil yolunda yük maşını aşdı, ölən var

Hadisə

16 Oktyabr 2026 18:30 63


Bakı-Quba ödənişli avtomobil yolunda yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən "Yeni Sabah"a verilən məlumata görə, 1 nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı özüqaldıran yük avtomobili idarəetməni itirərək aşıb və 1 nəfərin meyiti avtomobildə sıxılı vəziyyətdə qalıb. pizza hut

Xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə 1995-ci il təvəllüdlü Qasimov Turqay Əhməd oğlunun meyitini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!