Bakının bu ərazilərində yaşayanlara   ŞAD XƏBƏR

saytların hazırlanması

Evə çatdırılma

Bakının bu ərazilərində yaşayanlara ŞAD XƏBƏR

Sosial

16 Oktyabr 2026 18:55 1006


Paytaxtın Türkan qəsəbəsi, Türkan bağları və Hövsan qəsəbəsinin "Quşçuluq" yaşayış massivi ərazisində yaşayan sakinlərin ictimai nəqliyyata tələbatı nəzərə alınaraq oktyabrın 18-dən metronun "Əhmədli" stansiyasından bu məntəqələrə 218 nömrəli yeni müntəzəm avtobus marşrutu fəaliyyətə başlayacaq.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Marşrut xəttində ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz edilən nəqliyyat vasitələri istismar olunacaq. Toyuqlu pizza

Avtobuslar saat 06:00-dan 23:00-dək 12-15 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək.

Marşrutda ödənişlər nağdsız qaydadadır. Gedişhaqqı 0.8 AZN müəyyən edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!