Azərbaycan-Türkiyə ŞAHMATInda “Türban yoxsa Vatan?” bəhanəsi...

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan-Türkiyə ŞAHMATInda “Türban yoxsa Vatan?” bəhanəsi...

Siyasət

16 Oktyabr 2026 10:11 563


İndiki geopolitikada cari siyasi hadisələr, 20-ci əsrdəki kimi, yer üzündə baş tutmur.

Ən modern, futuristik layihələr indi göy üzündə, kosmik səmalarda reallaşır.

Planlaşdırılır. Marqarita pizza

İcraçıları “AEROKRATİYA” adlanır.

Deşifrələsək indi bu adı.

Dünya aviadaşııyıcılıq bazarı indi iki div şirkət-Amerikanın “The Boeing Company” ilə Fransanın «S.A.S.» (Société par Actions Simplifiée ), Airbus şirkətləri arasında ata malı kimi tən ortadan bölüşdürülüb.

Azərbaycanla Türkiyə arasındakı son soyuq müharibə şaxtası da, zahirdə görünən “Türban yoxsa Vatan” mövzusu bağlı deyil. Məhz bax bu iki inhisarçıların, iki fərqli AEROKRATİYA lobbistlərinin zidd maraqları ilə əlaqədardı.

Azərbaycanın bu futuristik KOSMİK SAVAŞ-lara qoşulması təqdirəlayiqdir.

Prezident İlham Əliyevin siyasi uzaqgörənliyini sərgiləyir. Beynəlxalq geopolitikanı müasir borsa, iqtisada məzmunuyla zənginləşdirməyi bacarıb.

Uranı zənginləşdirib sanki.

Bu, Bakıya, gələcəyin futuristik projelərinə, AEROKRATİYA elitasına daxil olmaq fürsəti vəd edir.

Maraqlarımız, gördüyümüz kimi, təkcə yerüstü ТМТМ ( Middle Corridor), adam diliylə desək “Zəngəzur dəhlizi” layihəsi ilə məhdudlaşmır.

Bilin. Kosmik, beynəlxalq hava yollarında cərəyan edər «S.A.S.- Boeng” savaşında Azərbaycanın çox ciddi, bəlkə də həlledici iştirakı var. Beynəlxalq Aerokratiya borsasında səhmdar olmadan, Bakı futuristik layihələrə dəvət almazdı.

Xatırladıram: Fransa Aerokosmik Sənayesində erməni lobbisi ciddi, ağır çəkili səhmdardı.

Yəni, İrəvanla Bakının əsas döyüş ərazisi quruda yox, havadadır.

Hələ 2018-ci ildə Prezident İlham Əliyev  “Boeing Commmercial Airplanes” şirkətinin prezidenti və baş icraçı direktoru Kevin Mak Alisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Əməkdaşlıq, ortaq geopolitik maraqlar o zamandan start götürüb.

Azərbaycanla Türkiyənin birgə məhsulu olan “TURAN” projesi Orta Asiya coğrafiyasına, quru ərazisinə yox...səmasına iddialıdır.

Masada, çox milyardlıq investisiya keysləri, gələcək aerokosmik inşaat strukturlarının inşaat meydançaları taleyi həll edilir.

Səmadakı bu “Orta dəhliz”də Türkiyə ilə Azərbaycanın biznes maraqları əvvəl eynidiysə, indi tam fərqlidir. Yolayrıcındayıq.  Münasibətlər tam qütbləşib.

“Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı”ndan azca əvvəl, 5 oktyabrda Türkiyə ilə Fransa  çox maraqlı, ancaq Azərbaycan, “Boeing Commmercial Airplanes” maraqlarına ciddi xələl gətirəcək bir saziş imzaladılar.

Dövrü mətbuatda deyilir:

“Türkiyə və Fransa arasında imzalanan Müdafiə Əməkdaşlığı Yol Xəritəsi hibrid təhdidlərlə mübarizə, kəşfiyyat məlumatlarının mübadiləsi və hava hücumundan müdafiə sahələrində daha sıx əməkdaşlığı nəzərdə tutur.

Türkiyə Milli Müdafiə Nazirliyi iki ölkə arasında imzalanan Müdafiə Əməkdaşlığı Yol Xəritəsinin hibrid təhdidlərlə mübarizə, kəşfiyyat məlumatlarının mübadiləsi və hava hücumundan müdafiə sahələrində daha yaxın əməkdaşlığa xidmət etdiyini açıqlayıb.

Yol xəritəsi iki ölkənin müdafiə qurumları arasında təmasları müntəzəm hala gətirəcək. Ankara və Parisdə bir sıra görüşlər keçiriləcək, ilk görüşün ilin son rübündə baş tutması planlaşdırılır.

Ankara danışıqlarda tədarüklə yanaşı texnologiya mübadiləsi, birgə istehsal və Türkiyə müdafiə sənayesinin layihəyə inteqrasiyası məsələlərini də gündəmə gətirir. Avropa tərəfində Eurosam, MBDA və Thales, Türkiyə tərəfində isə ASELSAN və ROKETSAN prosesin iştirakçılarıdır.

Ölkələr 2017-ci ildə hava və raket hücumundan müdafiə sahəsində niyyət bəyanatı imzalayıb. Eurosam 2018-ci ildə ASELSAN və ROKETSAN ilə Türkiyənin uzunmənzilli sisteminin müəyyənləşdirilməsi üçün müqaviləsinə qol atıb. Proses sonrakı illərdə siyasi fikir ayrılıqları səbəbindən dayandırılıb”

Son cümləyə xüsusi diqqət verək. 2018-ci ildən başlayaraq Fransa Gürcüstan, Ermənistanda gizli saray çevrilişləri edərək Salome Zurabaşvilini, Nikol Paşinyanı hakimiyyətə gətirməsi, Ankara tərəfindən cavabsız qalmamışdı.

Bakıyla sıx hərbi əməkdaşlıq, nəhayət 2020-ci il İkinci Qarabağ müharibəsində Ankaranın iştirakı, Güney Qafqazda, 2018-ci ildə bax bu statuskvonun  pozulması ilə əlaqədardı.

Diqqət edin.

Türkiyə-Fransa əməkdaşlığı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısından cəmi on gün əvvəl imzalanıb.

Bu Ankara-Paris sazişi, bayaq danışdığımız Fransanın «S.A.S.» (Société par Actions Simplifiée ) şirkətini Ərdoğanın müasir biznes ortağına çevirir.

Azərbaycanın lobbisti isə The Boeing Companyasıdır.

Bakıdakı bu son AQEM zirvəsində Turan səması mövzusu, biznes keysi bu iki şirkətin birinə nəsib olmalıydı.

Ankaranın «S.A.S.» lobbistinə çevrilməyi, Cənubi Qafqazda Fransa ilə hərbi, siyasi, kəşfiyyat əməkdaşlığına imza atması, dəngələri dəyişdi.

Parislə əməkdaşlıq, Ankaranı Suriyada, Livanda İsrailə qarşı özünə yeni müttəfiq axtarışı ilə də bağlıdır.

Paris və Ankara tandemi, Tel-Aviva qarşı mübarizənin baş flaqmanıdır indi.

Parislə hərbi əməkdaşlıq Ankara üçün təkcə Cənubi Qafqazla kifayətlənmir. Suriyanı, Livanı əhatələyir.

Bakı-Ankara finiklyor xəttindəki texnogen qəza,“Türban yoxsa Vatan?” bəhanəsi, heç də təsadüfü deyil.

Bu ziddiyyətin ciddi biznes mənşəyi mövcuddu.

Ziddiyyət, soyumayacaq. Daha da alovlanacaq get-gedə.

Masaya “Turan səması” keysi atılıb.

Azərbaycan Turanla, İsraillə, ABŞ-la biznes düşərgədədi.

Ankara, Parislə, müəyyən qədər İranla bir başqa biznes düşərgəsindədir.

Vaxtiylə 1920-ci il 28 apreldə dövlət çevrilişi antiqəhrəmanı Çingiz İldırım həm Britaniya agenti idi, həm də Moskva agenti. Parlament tribunasından ultumatumunu səsləndirənə qədər özü də bilmirdi sağ cibindəki London, yoxsa sol cibindəki Moskva mətnini oxusun.

Son anda arxadan çiynini tərpədirlər ki, sol cibindəkini oxu.

Bu günkü “Bakı-Ankara-Paris-Vaşinqton-İsrail-İran” biznes oyununda da son məqam daha əhəmiyyətlidir. Nəinki ilk abzas.

İranda  «S.A.S.», Airbus   lobbisti  Milli Məclis sədri Məhəmməd Qalibafdır. İrandaxili siyasi qütbləşmələrdə bir başqa dəstə The Boeing keysini açsa, ssenari qəfil öz ətrafında 180 dərəcə dönüş edə bilər.

Klassik şahmat sonluğu bu cür “Greet gems” gedişinə möhtacdı.

Şahmatda buna “Qala qurma” ( Castling) deyilir.

Qrosmeyster əlinin bu gedişini gözləyək.

Həmid Herisçi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!