5 aydır maaş verilmir – Televiziya günündə biabırçılıq

saytların hazırlanması

Evə çatdırılma

5 aydır maaş verilmir – Televiziya günündə biabırçılıq

Rəqəmsal

14 Fevral 2019 22:43 1501


 “Space” televiziyasının işçiləri maaşlarını ala bilmədiklərinə görə bütün çəkilişləri dayandırıblar. Onlar Dövlət Əmək Müfəttişliyinə gedəcəklərini bildiriblər.

Bu gün 14 Fevral televiziya işçilərinin bayramı günündə “Space” televiziyasının işçiləri Dövlət Əmək Müfəttişliyinə getmək barədə razılığa gəliblər. Onlar aylardır ala bilmədikləri maaşlarını televiziyanın bayramı günündə almaq istəsə də, kanalın rəhbəri Vaqif Mustafayev onları qəbul etməyib və onlara gözləməyi, yaxın vaxtlarda maaşlarının bir hissəsinin veriləcəyini deyib. Lakin aylardır yalan vədlərə inanmayan işçilər bu dəfə kanal prezidentinə günün sonuna kimi maaşlarının verilmədiyi təqdirdə onu əmək müvəttişliyinə şikayət edəcəklərini bildirib. Hazırda kanalın işçiləri bütün çəkilişləri dayandırıblar.

Bu haqda məlumat verən kanal işçisi bildirb ki, axırıncı dəfə sentyabr ayında maaş alıblar: “Biz maaşlarımızı tələb edirik. Bu gün televiziya işçilərinin bayramı günüdür. Axırıncı dəfə maaşlarımızı sentyabr ayında almışıq. Belə biabırçılıq olmaz. Biz bu bayram günündə ailəmizə nə deyək.? Kanal rəhbərliyi isə pul yoxluğunu hiss etmir…Bu necə olur. Əgər maaşlarımız bu gün verilməsə, biz Dövlət Əmək Müfəttişliyinin qarşısında toplaşacağıq. Fikirlərimizi, şikayətimizi bildirəcəyik.” pizza hut

Deyilənlər haqda açıqlama almaq istəsək də nə kanalın prezidenti Vaqif Mustafayev, nə də vitse prezident Kamil Şahverdiyev telefonlarımıza cavab vermədi.

Qeyd edək ki, bu, “Space” televiziyasının rəhbərliyi haqda ilk şikayət deyil, kanal işçiləri neçə müddətdir maaşlarını ala bilmədiklərini, kanalın idarəçiliyində problemlərin olduğunu, ayrı-seçkiliyin olduğunu, kanalın günü-gündən məhv olduğunu bildiriblər.

Bizimyol.info


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!