64 yaşlı qadın ana oldu

saytların hazırlanması

Evə çatdırılma

64 yaşlı qadın ana oldu

Maraqlı

05 Noyabr 2026 15:35 26


İraqın Ənbar vilayətində yerləşən Əl-Kərmə xəstəxanasında tibb tarixinin nadir hadisələrdən biri qeydə alınıb.

“Yeni Sabah” xəbər verir ki, Səmira Naci adlı 64 yaşlı qadın heç bir süni müdaxilə və ya əməliyyat olmadan, tamamilə təbii yollarla sağlam qız uşağı dünyaya gətirib.

Həkimlərin və tibb işçilərinin böyük təəccübünə səbəb olan bu doğum prosesi uğurla başa çatıb. pizza mizza

Mütəxəssislər bu yaşda təbii yolla uşaq sahibi olmağın tibbi baxımdan demək olar ki, qeyri-mümkün olduğunu, lakin bu halın istisna təşkil etdiyini vurğulayıblar. Həyata keçirilən müayinələrdən sonra həm Səmira Nacinin həm də yeni doğulan körpənin səhhətinin tam qaydasında və stabil olduğu bildirilib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!