73 mindən çox abituriyent ərizəsini təsdiq edib  

saytların hazırlanması

Evə çatdırılma

73 mindən çox abituriyent ərizəsini təsdiq edib  

Sosial

15 Mart 2022 10:58 427


Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu davam edir.

Dövlət İmtahan Mərkəzindən Yenisabah.az-a bildirilib ki, ərizə qəbulu martın 17-dək internet vasitəsilə aparılır.

Martın 15-i saat 9:00-a olan məlumata görə, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ümumilikdə 73 min 638 abituriyent öz ərizəsini təsdiq edib. pizza

Qeyd edək ki, ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak edirlər.

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!