79 yaşlı Ajda Pekkan məhkəməlik oldu

saytların hazırlanması

Evə çatdırılma

79 yaşlı Ajda Pekkan məhkəməlik oldu

Şou

14 Fevral 2025 13:50 535


Türkiyənin məşhur sənətçisi Ajda Pekkan Bodrumdakı lüks villasına görə qonşularla mübahisə içindədir. Məlumata görə, müğənninin dördmərtəbəli evində artıq bir ildir ki, təmir işləri dayanmaq bilmir.

Yenisabah.az xəbər verir ki, gündəlik olaraq 10 nəfərlik işçi heyətinin məşğul olduğu təmir prosesi ətraf sakinlərin narazılığına səbəb olub. Xüsusilə yük maşınlarının intensiv hərəkəti və tikinti səs-küyü qonşular üçün dözülməz hala çevrilib.

Səmt rəhbərliyi və narazı qonşular vəziyyətin həll olunmadığını görərək məhkəməyə müraciət etmək qərarına gəliblər. Onlar uzunmüddətli təmirin həyat keyfiyyətinə mənfi təsir etdiyini bildirirlər. Dominos pizza

Məşhur sənətçinin məsələ ilə bağlı rəsmi açıqlama verib-verməyəcəyi isə hələlik bəlli deyil.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!