Abbas: “6 ildir hər gün eyni yeməyi yeyirəm”

saytların hazırlanması

Evə çatdırılma

Abbas: “6 ildir hər gün eyni yeməyi yeyirəm”

Şou

30 Aprel 2024 14:25 474


"İndi sərbəst məşq edirəm. Bu müddət ərzində qazandığım təcrübə kifayət edir ki, istədiyim formada qalım. İstər qidalanmağımda, istərsə də gündəlik sağlam həyatıma daxil olan idmanda. Harada oluramsa-olum, artıq vərdiş etmişəm, idman mütləqdir".

Yenisabah.az axşam.az-a istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Abbas Bağırov qonaq olduğu "Söhbət var" varilişində deyib.

Müğənni bildirib: "Artıq 10-cu aydır, stabil pandemiyadan öncəki həyat tərzim davam edir. Pandemiyada çalışdım özümü saxlayım, necəsə evdə məşq edim, amma alınmırdı. Hamı bilir ki, qapanma dövründə sıxıntı, stres, işsizlik oldu. Pul qazanmaq yox, işsizlik. Yəni incəsənət adamları, musiqini sevən aktyorlar, fərqi yoxdur peşəsini sevən insan evdə otura bilmir". Sezar pizza

O, hər gün eyni yeməklərlə qidalandığını açıqlayıb:

"5-6 il necə hər gün səhər eyni yeməyi yeyəsən? Axırda anam dedi ki, "A bala, bəlkə başqa şey bişirim, yeyəsən?" Hər gün eyni yeməyi yeyirəm. Hər dəfə elə bilirəm ki, bu gün badımcan bibər dolması, dünən yarpaq dolması, sonra qazan kotleti yedim. Mənim üçün hər dəfə eyni yemək, əslində fəqli yeməyin dadını verir. Mən özümü bu cür rahat hiss edirəm. İradəm çox güclüdür. 

İnsanı 4 şey kökəldir. Birinci yuxusuzluq. O, stress gətirir. Stress çoxlu yemək, şirniyyat yemək. Ondan sonra da hər şey pozulur. Deyirsən ki, yeyib-içmək hər şeydən yaxşıdır. Amma vaxt ötdükcə başa düşürsən ki, bu mənim sonuncu kökəlməyim idi. 100 faiz sonuncu kökəlməyimdir. Çünki anladım ki, illər öncə məşğul olduğum idman indi mənə daha çox əziyyət verir. Düzdür, bu dəfə o qədər də əziyyət çəkmədim, amma bu arıqlama prosesim bundan öncəkindən daha çətin oldu. Çünki yaş ötdükcə başa düşürsən ki, əzələ gənc yaşlarındakı kimi inkişaf etmir, maddələr mübadiləsini sürətləndirmək olmur. Şükür ki, vərdiş etmişəm. Hər şey yaxşıdır. Çox rahatam". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!