Abbasdan izləyicilərinə məsləhət

saytların hazırlanması

Evə çatdırılma

Abbasdan izləyicilərinə məsləhət

Şou

21 İyun 2025 17:03 411


"Düzgün həyat tərzi – uğurlu və xoşbəxt həyatın təməlidir. Hər gün bizi daha yaxşı edən vərdişlərlə başlayır: sağlam qidalanmaq, idmanla məşğul olmaq, zehni və fiziki tarazlığı qorumaq. Bütün bunlar yalnız bədənimizi deyil, ruhumuzu da gücləndirir".

Yenisabah.az xəbər verir ki, bu sözləri Əməkdar artist Abbas Bağırov sosial şəbəkədə yazıb. 

"Ən önəmlisi isə – sevdiyin işi sevərək görməkdir. Çünki ürəklə görülən iş nə yorur, nə də darıxdırır. İstər idmanda, istər sənətdə, istərsə də peşəkar fəaliyyətində – əgər işinə sevgi ilə yanaşırsansa, o sənə həyat verir. Unutma, həyat bir yoldur və bu yolun gözəlliyi – onu necə yaşadığında gizlidir. Öz ritmini tap, öz yolunu sev, və hər addımını ilhamla at" deyə, müğənni paylaşımına əlavə edib.  pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!