Abel Məhərrəmovdan sonra BDU loqo elanı verdi

saytların hazırlanması

Evə çatdırılma

Abel Məhərrəmovdan sonra BDU loqo elanı verdi

Sosial

28 Fevral 2019 16:24 1742


Bakı Dövlət Universiteti “Yubiley loqosu” müsabiqəsi elan edib.

“Yeni Sabah” xəbər verir ki, 2019-cu ildə Bakı Dövlət Universitetinin təsis edilməsinin 100 illik yubileyi tamam olur.  Bu münasibətlə BDU “Yubiley loqosu”nun tərtibatı üzrə müsabiqə elan edir. Loqo müasir və beynəlxalq standartlara cavab verməli, dizaynda 100 illik fəaliyyət əks edilməlidir. Müsabiqəyə indiyə qədər istifadə edilməyən və digər loqoların elementlərini təkrarlamayan orijinal nümunələr təqdim olunmalıdır. 

Loqonun eskizi press-service@bsu.edu.az elektron ünvanına “Yubiley loqosu” yazılmaqla göndərilməlidir.  pizza

Qaliblər, həmçinin müsabiqədə fərqlənən digər müəlliflər də mükafatlandırılacaq, universitetin 100 illik yubiley tədbirlərinə dəvət ediləcək və ən yaxşı loqolar yubiley ərəfəsində təşkil ediləcək tədbirlərdə nümayiş etdiriləcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!