Abşeronda şəhidlərin xatirəsi yad edildi 

saytların hazırlanması

Evə çatdırılma

Abşeronda şəhidlərin xatirəsi yad edildi 

Sosial

10 Mart 2022 14:13 396


Abşeron rayonunda Vətən Müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan qəhrəman igidlərimizin mövlud günləri qeyd edilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri və qazilər iştirak edib. 

Ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “İgidliyə görə” medallarına layiq görülən şəhid Sadıqov Rəsul Həşim oğlunun 21-ci, ölümündən sonra “Bayraq ordeni”, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü” medallarına layiq görülən şəhid Dövlətov Zaur Zahir oğlunun 27-ci, ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü” medallarına layiq görülən şəhid Useynov Ceyhun Elşad oğlunun 32-ci doğum günü ilə əlaqədar onların məzarları ziyarət olunub, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub. 

RİH başçısı Abdin Fərzəliyev şəhidlərimizin əvvəllər yaşadıqları evlərə gedərək onların ailə üzvləri ilə görüşüb. Ailələrin problermləri və qayğıları ilə maraqlanan RİH başçısı Abşeron rayonunda şəhid ailələrinə bundan sonra da daimi olaraq diqqət və qayğının göstəriləcəyini qeyd edib.  pizza mizza

Şəhid Useynov Ceyhun Elşad oğlunun adının verildiyi küçədə baralyefinin açılışı olub. Məlumat verilib ki, Abşeron RİH-nin tövsiyasi ilə şəhidin adını daşıyan küçəyə asfalt örtüyü çəkilmiş, ərazidə ümumi abadlıq işləri aparılıb. 

Abdin Fəzrəliyev “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medallarına layiq görülən şəhid Mustafayev Nurlan Hamlet oğlunun öz adını daşıyan övladı Nurlan Mustafayevin 1 yaşı olması ilə əlaqədar onların evinə gedib, şəhid ailəsinin qayğıları və problemləri ilə maraqlanıb. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!