Ağdaşda yeni doğulmuş körpə ölüb

saytların hazırlanması

Evə çatdırılma

Ağdaşda yeni doğulmuş körpə ölüb

Rəsmi

25 Fevral 2019 15:57 1127


Ağdaşda yeni doğulmuş körpə ölüb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə Ağdaş rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində qeydə alınıb. Rayonun Güvəkənd kənd sakini, Əfsanə Hacıyeva fevralın 20-də saat 23 radələrində 37 həftəlik hamiləliklə xəstəxananın doğum şöbəsinə daxil olub.

Fevralın 21-də Ə. Hacıyeva oğlan uşağı dünyaya gətirib. Körpə tənəffüs çatışmazlığından küvəzə qoyulub və iki gün sonra orada ölüb. Toyuqlu pizza

Hüquq-mühafizə orqanları əməkdaşlarının iştirakı ilə hadisə yeri müayinə edilib, meyitin daxili və xarici müayinəsi həyata keçirilib.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Ona.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!