Agentlikdən sahibkarlara xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

Agentlikdən sahibkarlara xəbərdarlıq

Sosial

15 Fevral 2019 20:32 784


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi sahibkarlara müraciət edib. 

“Yeni Sabah” xəbər verir ki, müraciətdə bildirilir ki, istifadəyə yararsız, vaxtı keçmiş və istifadəsi qadağan olunmuş pestisidlər, bioloji preparatlar, onların birləşmələrinin istehsalı, saxlanması, satışı  və tətbiqi yolverilməzdir.

Agentlik tərəfindən istifadəyə yararsız, vaxtı keçmiş və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının mövcudluğunu yerində müəyyənləşdirmək üçün AQTA yanında Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumların iştirakı ilə inventarlaşdırma komissiyası yaradılıb.  Marqarita pizza

Sahibkarlara bir daha müraciət edilir ki, əgər öhdələrində istifadəyə yararsız, vaxtı keçmiş və istifadəsi qadağan olunmuş pestisidlər, bioloji preparatlar, onların birləşmələri və qablaşmaları varsa, dərhal bu barədə Agentliyə (1003 – “Çağrı Mərkəzi”) məlumat versinlər. Əks halda qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!