Ağsuda heyvanlar arasında iti yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlər aparılır.
“Yeni Sabah” xəbər verir ki, cari ilin ilk günlərindən başlayaraq bütün ölkədə olduğu kimi, aqrar rayon olan Ağsu rayonunda da kənd təsərrüfatı heyvanları arasında profilaktik peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrasına start verilib.
Dövlət Baytarlıq Xidməti (DBX) bildirir ki, cari ilin tədbirləri başlayandan indiyə kimi 15 sahə baytarlıq məntəqəsi vasitəsilə Ağsu rayonun ayrı-ayrı şəxsi təsərrüfatlarında 3723 baş iribuynuzlu, 481 baş təkdırnaqlı heyvanda qarayara, 3358 baş sahibli itdə quduzluq, 142000 baş quşda nyukasl xəstəliklərinə qarşı profilaktik peyvəndləmə, 3500 kvadratmetr sahədə profilaktik dezinfeksiya işləri görülüb. pizza sifarişi
Eləcə də həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 1789 baş iribuynuzlu heyvandan qan nümunəsi alınaraq bruselyoza görə seroloji müayinə edilib. Bununla yanaşı, 200 baş iribuynuzlu heyvan vərəmə, 300 baş təkdırnaqlı heyvan manqoya görə diaqnostik müayinələrə cəlb olunub.
Fevral ayının 10-dan isə Ağsu rayonunda iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 26 min baş iribuynuzlu heyvanda bu tədbir aparılıb.
Ümumiyyətlə, 1 yanvar 2019-cu il tarixinə olan məlumata görə, Ağsu rayonunun 1 şəhər və 79 kəndində 38301 baş iribuynuzlu, 141669 baş xırdabuynuzlu, 981 baş təkdırnaqlı, 4000 baş it, 236696 baş ev quşu və qeydiyyatdan keçən 10187 arı ailəsi mövcuddur.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
Telegram kanalımız