Aktrisa 80 yaşlı biznesmenə ərə getməyindən danışdı - Video

Aktrisa 80 yaşlı biznesmenə ərə getməyindən danışdı - Video
Okt 9, 2019 16:50
Oxunma sayı: 229

Türkiyəli aktrisa Meltem Miraloğlu özündən 48 yaş böyük iş adamına ərə getməsi barədə yayılan xəbərləri təsdiqləyib.

“Yeni Sabah” Türkiyə mətbuatına istinadən  xəbər verir ki, aktrisa “İkinci Sayfa” proqramına telefonla bağlanaraq amerikalı, 80 yaşlı Patriklə nikah bağladığını deyib.

32 yaşlı aktrisa həyat yoldaşını sevdiyini deyib:

“Bizim üçün yaş problem deyil. Onun qəlbi gəncdir. Sərvəti, Amerika vətəndaşlığı da vecimə deyil. Biz ilk görüşdən bir-birimizə aşiq olmuşuq. Evlilik təklifi çox romantik idi. Çox xoşbəxtəm. Bu, mənim seçimimdir. Şəxsi həyatıma hər kəsin hörmət etməsini tələb edirəm”.

Əsmətxanım

 

 

Yenisabah.az