“Ana ölümləri ilə bağlı monitorinqlər aparılmalıdır“ - Ekspert

saytların hazırlanması

Evə çatdırılma

“Ana ölümləri ilə bağlı monitorinqlər aparılmalıdır“ - Ekspert

Sağlamlıq

22 Fevral 2019 17:35 1339


Son zamanlar yerli mediada ana ölümləri haqqında xəbərlərin sayı artıb. Belə olduğu halda əksər ana namizədlərində müəyyən qorxular yaranır. Bu məsələdə xüsusilə həkimləri qınayanlar daha çoxdur. Maraqlıdır ki, bu xəbərlərin əksəriyyəti regionlardan gəlir. Belə olduğu halda, bölgələrdə səhiyyənin vəziyyəti ciddi tənqid edilir.

Tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Sabah”a açıqlamasında qeyd edib ki, ana ölümləri hər zaman olub:

“Əvvəllər təyyarə qəzaları haqqında heç bir məlumat verilmirdi. Ana ölümləri də elə.. Amma indi dünyada, o cümlədən Azərbaycanda baş verən hadisələr barədə dərhal məlumat əldə edə bilirsən. Yəni  doğuş zamanı ana ölümləri halları hər zaman olub. Sadəcə Azərbaycanda hamilə qadınlar özlərinə diqqət etmirlər. Əksəriyyəti hamiləliyin sonuna yaxın həkim tapır, əvvəldən nəzarət olmur, müxtəlif xəstəliklərlə hamilə qalırlar və sonda bu problemlər acı nəticələrə gətirib çıxarır. Dəqiq araşdırma aparsaq, ölüm səbəbləri arasında cüzi həkim səhvləri varsa, böyük əksəriyyəti də qadınların öz xəstəlikləri ilə bağlıdır. Bu baxımdan sonda kritik durumlar yaranır”. pizza hut

Ekspert düşünür ki, ana ölümlərinin hər biri ayrıca araşdırılmalıdır:

“Eyni zamanda bunlar ümumiləşdirilməlidir ki, hamiləliyin gedişi, doğuş prosesində çatışmazlıqlar müəyyən edilsin. Bu istiqamətdə monitorinqlər aparılmalı və problemlər aradan qaldırılmalıdır.

Bu istiqamətdə Səhiyyə nazirliyinin üzərinə ciddi məsuliyyət düşür. Hesab edirəm ki, biz beynəlxalq protokollarla işləməliyik, hamilə qadınların monitorinq sistemi buna uyğun aparılmalıdır. Təəssüf ki, bu məsələ ölkəmizdə başlı-başına buraxılıb. Sistem yoxdur, özfəaliyyət daha çoxdur. Bununla yanaşı, qeyd etdiyim kimi xəstələrin özü də problemlərə biganə qalmamalıdır”.

Günay Rəsulqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!