“Ana, məni bərk qucaqla. Bu, son görüşümüzdür...”  

saytların hazırlanması

Evə çatdırılma

“Ana, məni bərk qucaqla. Bu, son görüşümüzdür...”  

Sosial

07 İyun 2024 13:50 548


“Ana yıxılma ha, dik dayan... Nəfəsim bir azdan dayanacaq. Bölük yoldaşlarım məni evə gətirəcəklər. Elə ki, evə çatdım məni bərk qucaqla. Bu son görüşümüzdür, ana... Ana, sən şəhid anasısan, dik dayan!”. 

Bu, 44 günlük Vətən Müharibəsinin 18 yaşlı şəhidi Xəyyam Daşdəmirovun son məktubudur. Şəhadətə yükəldiyi tarixdən bir neçə gün əvvəl yazıb. Şəhid olacağı ürəyinə dammışdı Xəyyamın. O, düşməni öldürmək, lazım gəlsə, ölmək üçün müharibəyə getmişdi... 

Xəyyam Məhəmməd oğlu Daşdəmirov 22 fevral 2002-ci ildə İsmayıllı rayonunun Balik kəndində anadan olub. Vətənin təmiz havasını ciyərlərinə çəkib, bulaqların buz kimi suyundan içib, zəhmətkeş ailənin halal çörəyi ilə böyüyüb.  pizza mizza

Xəyyam Tovuz döyüşlərinin 18 yaşlı şəhididir. 12 iyul 2020-ci ildə Tovuz istiqamətində baş verən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, iyulun 13-də doğulduğu İsmayıllı rayonunda torpağa tapşırılıb. 

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyyam Daşdəmirov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

Şəhidimizin anası Vüsalə Daşdəmirova oğlunu vətənpər, mərd gənc kimi xarakterizə edir: "O, heç nədən qoxmurdu. Qeyri-adi cəsartət sahibi idi. Ölümün gözünə dik baxmağı bacarırdı. Bu xarakteri onu şəhidlik zirvəsinə yüksəltdi. Xəyyam əvvəl mənim övladım idi, indi bütün xalqın övladıdır. Azərbaycan xalqı şəhidləri ilə fəxr edir". 

Xəyyamın atası Məhəmməd Daşdəmirov qazidir, Birinci Qarabağ müharibəsində iştirak edib: "Mən özüm də döyüş yolu keçmişəm, 1993-1997-ci ilə kimi Azərbaycan Ordusunda xidmət etmişəm. Şəhidlik mənə qismət olmadı, oğluma oldu. Xəyyamla fəxr edirəm. O, cəmi 18 yaşında hər adama qismət olmayan zirvəyə qalxıb". 

A.Zeynalov 

Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Vətən Müharibəsinin 18 yaşlı şəhidləri” layihəsi çərçivəsində hazırlanmışdır. 

Məqalənin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!