“Ancaq transseksuallara bənzəyirlər, iyrəncdirlər” -   Rüfət Nəzərdən bu aktyorlara sərt tənqid

saytların hazırlanması

Evə çatdırılma

“Ancaq transseksuallara bənzəyirlər, iyrəncdirlər” - Rüfət Nəzərdən bu aktyorlara sərt tənqid

Şou

04 Dekabr 2019 12:21 1053


Akademik Rus Dram Teatrının aktyoru Rüfət Nəzər sosial media hesabında qalmaqallı fikirlər yazıb.

“Yeni Sabah” xəbər verir ki, aktyor ad çəkmədən “Bu şəhərdə” komandasını sərt tənqid edib:

“Ermənilərin başı batsın komediya sayəsində “at oynadıb, oyun çıxarırlar” – Rusiyanın həm səhnəsində, həm də televiziyasında. Bizdə niyə yoxdur o əjdahalardan? Milli satiramızın cütlükləri, qadınlar və seksual azlıqlardan başqa parodiya ideyasından başqa heç nə yoxdur? Yumorumuzun səviyyəsi budur? Yoxsa, bu “tula”lar dedikləri kimi həqiqətən bizdən istedadlıdırlar? pizza sifarişi

Nə etsinlər? Yenə də “Planet Parni iz Baku” nə isə alındırır, sağ olsunlar. Başqalarına baxanda isə ancaq transseksuallara bənzəyirlər, illərdi səhnədədirlər, iyrəncdir. Əsəbiləşirəm. Hər dəfə qadın paltarında transseksual görünüşündə, qurşaqdan aşağı, dəxlisiz, gicbəsər yumoru görmək çox pis oluram. O qədər bacarıqlı gənclərimiz var ki, bu “qıjı” yumorundan uzaq, amma bu yarıkişi, yarıqadınlar o qədər yumorumuzu zəhərləyiblər ki, camaat başqa nəsə qəbul etmir. “Qıjı” toy parodiyası, qadınları eşşək yerinə qoymaq, yalnız və yalnız region ləhcəsi ilə zarafatlar... Elə bil 10-15 il ərzində beyinləri başqa istiqamətdə işləməyib, efirdə də ağıllı-ağıllı elə danışırlar ki…”

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!