Ankara İsraillə əlaqəni kəsməyi araşdırır

Ankara İsraillə əlaqəni kəsməyi araşdırır

Dünya Veb saytların hazırlanması

19 Noyabr 2023 08:57 419


Türkiyə hazırda Qəzza zolağında münaqişəyə son qoymaq üçün diplomatik vasitələrdən istifadə edir, lakin diplomatiya uğursuz olarsa, başqa üsulları da istisna olunmur.

Yenisabah.az Əl-Cəzirə-yə istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

Nazir xüsusilə qeyd edib ki, Ankara İsraillə diplomatik münasibətləri kəsmək imkanlarını araşdırır, lakin hesab edir ki, bu, “digər müsəlman ölkələri ilə birgə kollektiv qərar” olmalıdır ki, bu tədbiri daha təsirli edəcək.

Xatırladaq ki, noyabrın əvvəlində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə səfirini İsraildən geri çağırıb.

Fidan bildirib ki, ABŞ dövlət katibi Antoni Blinkenlə son söhbətində Qəzzada davam edən bombardmanlar və qırğınlar fonunda ABŞ İsraili dəstəkləməyə davam edərsə, yeni qlobal böhran yaranacağı ilə bağlı xəbərdarlıq edib.

Türkiyəli nazirin sözlərinə görə, Ankara müharibədən sonra iki dövlətli həll olmadan Qəzzanı kimin idarə edəcəyi ilə bağlı heç bir müzakirəni qəbul etmir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!