Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən Azərbaycan ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə müvafiq tədbirlər həyata keçirir.
Yenisabah.az xəbər verir ki, Dünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, Rusiya Federasiyasının Maqadan vilayətində və Şotlandiyanın Orkney adalarında yüksək patogen quş qripi, Rusiya Federasiyasının Tıva Respublikasında isə nodulyar dermatit xəstəliyi qeydə alınıb.
Yoluxucu heyvan xəstəliklərindən qorunma məqsədilə həmin ərazilərdən Azərbaycana diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının gətirilməsi qadağan olunub. pizza
Telegram kanalımız