Dünya şöhrətli müğənni Şakira ilə bağlı İspaniyada illərdir davam edən vergi qalmaqalında məhkəmə onun xeyrinə qərar çıxarıb.
"Yeni Sabah" xəbər verir ki, İspaniya vergi orqanları Şakiraya əvvəllər tutulmuş 55 milyon avronu geri qaytarmalı olacaq.
Məlumata görə, müğənni 2011-ci ildə İspaniyada yaşayaraq vergidən yayındırmaqda ittiham olunurdu. İttiham tərəfi onun həmin dövrdə ölkədə vergi rezidenti olduğunu iddia etsə də, məhkəmə fərqli nəticəyə gəlib. pizza mizza
Araşdırmalar zamanı müəyyən edilib ki, Şakira qanunvericilikdə nəzərdə tutulan 183 gündən artıq İspaniya ərazisində olmayıb və buna görə də vergi rezidenti sayıla bilməz.
Qərara əsasən, vergi xidməti yalnız 55 milyon avronu deyil, həmçinin hesablanmış faizləri və məhkəmə xərclərini də ödəməlidir.\Musavat.com
Telegram kanalımız