AQTA “Göyçə təndiri“ni bağladı

saytların hazırlanması

Evə çatdırılma

AQTA “Göyçə təndiri“ni bağladı

Sosial

09 Avqust 2022 10:02 821


Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlayıb.

Yenisabah.az xəbər verir ki, agentlik əməkdaşları paytaxtın Babək prospektində fəaliyyət göstərən, fiziki şəxs Rafiq Həsənova məxsus “Göyçə təndiri”ndə norma və qaydaların pozulduğu müəyyən edib.

Müəssisədə sanitar-gigiyenik qaydalara, texnoloji ardıcıllığa, mal qonşuluğu prinsipinə və temperatur rejminə riayət olunmadığı, havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və s. nöqsanlar aşkar olunub. Nöqsanlarla bağlı müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!