Arda Gülər “Real Madrid”ə cavab verdi

saytların hazırlanması

Evə çatdırılma

Arda Gülər “Real Madrid”ə cavab verdi

İdman

06 Oktyabr 2026 09:22 96


İspaniyanın "Real Madrid" klubu türkiyəli gənc ulduzu Arda Gülər ilə yeni uzunmüddətli müqavilə bağlamaq barədə tam razılığa gəlib.

“Yeni Sabah” xəbər verir ki, İspaniyanın tanınmış "Diario AS" nəşri və insayder Fabrisio Romanonun yaydığı məlumata görə, tərəflər arasında aparılan danışıqlar uğurla yekunlaşıb və razılaşma artıq rəsmiləşdirilmək üzrədir.

Yeni müqavilənin 2032-ci ilin iyun ayına qədər, yəni 6 il müddətinə qüvvədə olacağı bildirilir. Türkiyə milli komandasının yarımmüdafiəçisinin klub tərəfindən təqdim olunan bütün maliyyə və idman şərtləri ilə razılaşdığı, həmçinin maaşında əhəmiyyətli artımın nəzərdə tutulduğu qeyd olunur. "Kral klubu"nun gələcək layihəsində mühüm rol oynayan 21 yaşlı futbolçu ilə bağlanan yeni müqavilənin yaxın günlərdə rəsmən elan ediləcəyi gözlənilir. Sezar pizza

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!