Məleykə Abbaszadənin yerinə Elnur Əliyev gəlir?

saytların hazırlanması

Evə çatdırılma

Məleykə Abbaszadənin yerinə Elnur Əliyev gəlir?

Sosial

20 Noyabr 2026 13:18 156


Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri vəzifəsindən azad edildikdən sonra onun yerini tuta biləcək namizədlərdən biri məlum olub. 

"Yeni Sabah" gununsesi.info-ya istinadla xəbər verir ki, artıq Dövlət İmtahan Mərkəzinin sədri iddiasına düşən bir neçə şəxsin adı çəkilir.

Onların arasında iqtisadiyyat nazirinin müavini Elnur Əliyevin də adı çəkilir. Təhsil sahəsində də çalışmış E.Əliyev hazırda DİM-in Müşahidə Şurasının üzvüdür. Məişət texnikası

Xatırladaq ki, bu ayın əvvəlində DİM-in Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin Magistratura, PMS və ali təhsil üzrə digər imtahanlar sektorunun müdiri Süraya Cəfərova vəzifəsindən azad edilib.

Bundan başqa, DİM-in Maliyyə departamentinin İqtisadi təhlil, büdcə və hesabatlılıq şöbəsinin müdiri Elşən Cabbarov da vəzifəsindən azad edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!