Arif Alışanovun elan etdiyi tender ləğv olundu

saytların hazırlanması

Evə çatdırılma

Arif Alışanovun elan etdiyi tender ləğv olundu

İqtisadiyyat

07 Fevral 2019 13:19 1148


Arif Alışanovun AzTV-nin sədri vəzifəsindən azad olunmazdan bir neçə gün əvvəl elan etdiyi tender ləğv olunub.

“Yeni Sabah” xəbər verir ki, elan yanvarın 11-də verilib və bu gün bildirilib ki, açıq tender proseduru korporativ səbəblərə görə təxirə salınır. Satınalma prosesinin yenidən keçirilməsi ilə bağlı müvafiq elan veriləcək.

Qeyd  edək ki, həmin tender AzTV üçün dəftərxana ləvazimatlarının,  təsərrüfat mallarının, elektrik mallarının və yeni kartriclərin alınması və doldurulması xidmətlərinin satınalınması ilə bağlı olub. pizza sifarişi

Maraqlıdır ki, həmin gün AzTV daha bir tender elan edib. Bu, QSC-nin balansında olan nəqliyyat vasitələrinin servis xidmətlərinin və cəmiyyətin balansında olan nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satınalınması ilə bağlı olub. Bu haqda isə hələlik heç bir qərar yoxdur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!