Armen Qriqoryan Hindistana gedir

saytların hazırlanması

Evə çatdırılma

Armen Qriqoryan Hindistana gedir

Dünya

16 Noyabr 2022 12:40 628


Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Hindistana işgüzar səfər edəcək.

Yenisabah.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Hindistanın daxili işlər naziri Amit Şahın dəvəti ilə bu ölkəyə səfər edəcək Armen Qriqoryan noyabrın 18-19-da Yeni Dehlidə olacaq. pizza

Ermənistan Təhlükəsizlik Şurasının katibi terrorizmin maliyyələşdirilməsi məsələsinə həsr olunmuş konfransda iştirak edəcək.

Səfər zamanı Armen Qriqoryanın bir sıra görüşlər keçirməsi də planlaşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!