16 Avqust - 05:15
Arvadı tərəfindən döyülən 80 yaşlı kişi öldü

Arvadı tərəfindən döyülən 80 yaşlı kişi öldü

Hadisə

06 İyul 2022 18:01 605


Bərdədə arvadı tərəfindən döyüldükdən sonra ütü ilə yandırılan kişi vəfat edib.

Yenisabah.az xəbər verir ki, 80 yaşlı kişi dəfn edildikdən sonra ailə üzvləri onun ölümünə səbəb olan ikinci həyat yoldaşından şikayətçi olacaqlar.

Qeyd edək ki, hadisə Bərdə rayonunun Gərənə kəndində baş verib. Kənd sakini Hidayət Cəfərovun həyat yoldaşı ərinin öldüyünü bildirib və dəfn üçün evə molla çağırıb. Molla H.Cəfərovun ölmədiyini gördükdən sonra onun övladlarına xəbər verib. Məhz bundan sonra Hidayət Cəfərovun arvadı tərəfindən işgəncəyə məruz qaldığı məlum olub. Övladları isə bu barədə polisə məlumat verib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!