“Arvadım özünə adam tapmışdı, mənə xəyanət edirdi” - Xalq artistinin oğlu

saytların hazırlanması

Evə çatdırılma

“Arvadım özünə adam tapmışdı, mənə xəyanət edirdi” - Xalq artistinin oğlu

Şou

31 Oktyabr 2019 14:03 1313


Mərhum aktyor, Xalq artisti Səyavuş Aslanın oğlu Çingiz "Bizimləsən" verilişinə üz tutub.

“Yeni Sabah”  xəbər verir ki, o, övladını görmək istədiyini bildirib. Çingizin dediyinə görə övladı onu görmək istəmir:

"Qızımı görsəm, ona heç nə deməyəcəm. Ona yaxşı ata olmamışam. Anasını da döyürdüm. Pis ata olmuşam, amma qadın mənimlə yaşaya-yaşaya özünə adam tapmışdı, mənə xəyanət edirdi. Normal ayrılardı, gedib, başqası ilə yaşayardı". Marqarita pizza

Verilişə zəng edən bir şəxs  Çingizin ünvanına sərt fikirlər səsləndirb:

"Səyavuş Aslanı Çingiz çərlətdi, öldürdü. Həmişə həbs edilirdi. Atası onun üçün nələr etmirdi. Həbsdən çıxıb, narkomanlıq edirdi, yenə tuturdular. Onu xəstəxanaya qoyub, narkotikdən müalicə də etdirdilər". 

Xatırladaq ki, Çingiz bundan əvvəl də  "Bizimləsən" proqramına gələrək, küçələrdə qaldığını demişdi və  sığınacağa yerləşdirilmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!