Asif Ələkbərov iki qadınla birlikdə qəzaya uğradı

saytların hazırlanması

Evə çatdırılma

Asif Ələkbərov iki qadınla birlikdə qəzaya uğradı

Dünya

27 Fevral 2019 03:13 2770


Azərbaycana məxsus təyyarənin Rusiya aeroportunda zolaqdan kənara çıxması ilə bağlı qonşu ölkədə cinayət işi açılıb. 

Rusiya mətbuatının verdiyi xəbərə görə, bunu ölkənin Moskva Regionlararası İstintaq İdarəsinin nəqliyyat üzrə baş köməkçisi Larisa Markovets bildirib.

Onun sözlərinə görə, qəza baş verməsinə təhlükəsizlik qaydalarının pozulmasının səbəb olduğu ehtimal edilir. Marqarita pizza

“İstintaq qrupu hadisə yerinə gedib, hadisənin səbəbləri araşdırılır. İstintaqın gedişində təyyarənin texniki vəziyyəti diqqətlə yoxlanılacaq, ekipajın və yer xidmətlərinin hərəkətlərinə qiymət veriləcək”, – deyə o əlavə edib.

Rusiyanın REN TV telekanalı bildirir ki, təyyarədə iki pilot və 3 sərnişin-Rusiya vətəndaşı Aria Axmadova, Belarus vətəndaşı Valentina Davıdovskaya və Azərbaycan vətəndaşı Asif Ələkbərov olublar.

Asif Ələkbərovun kimliyi ilə bağlı əlavə açıqlama verilməyib. /Virtualaz.org/


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!