Tanınmış vəkil Aslan İsmayılova televiziya qadağası götürülüb.
"Yeni Sabah" xəbər verir ki, vəkil bu gün İTV kanalında yayımlanan "Dikdaban” verilişin qonağı olub.
O, bu barədə sosial şəbəkədə paylaşıb və qərara yaxşı mənada təəccübləndiyini qeyd edib: Marqarita pizza
"Bu çıxışla bağlı hansı öhdəlikləri götürdüyümlə maraqlananlara bildirirəm ki, veriliş mənim gözləmədiyim halda, İTV rəhbərliyi tərəfindən heç bir şərt, məhrumiyyət qoyulmadan baş tutub və istədiklərimi demişəm. Buna görə də İTV rəhbərliyinə təşəkkür edib, belə verilişlərin, özü də tək mənim yox, məni kimi digər müxalif fikirli insanların iştirakı ilə çox olmasını arzulayıram”.
Qeyd edək ki, A.İsmayılov uzun müddətdir, hakimiyyətin yuxarı vəzifəli şəxslərini daimi tənqid atəşinə tutub.
Telegram kanalımız