Avropa fəaliyyət göstərən azərbaycanlıların diaspor təşkilatları birgə bəyanat yayıblar.
“Yeni Sabah”a daxil olan, 40-a yaxın təşkilatın yaydığı bəyanatda bildirilir ki, son zamanlar Azərbaycanda diaspor siyasətinin həyata keçirilməsində müşahidə olunan müsbət tendensiyalar, çevik diaspor hərəkatının formalaşdırılması keyfiyyətcə yeni mərhələyə qədəm qoymaqla yanaşı daha intensiv xarakter alıb.
Belə ki, xaricdə yaşayan soydaşlarımız və onların yaratdığı diaspor təşkilatlarının, birgə fəaliyyət məqsədilə, Almaniya, Fransa, İsveçrə, İsveç, Hollandiya, Finlandiya və s. ölkələrdə Koordinasiya Şuraları təsis etməsi, xarici ölkələrdə keçirilən tədbirlərin kütləviliyi, Ukraynada Azərbaycan diasporunun birləşməsi bunu bir daha təsdiq edir. pizza mizza
“Həyata keçirilən tədbirlər haqlı olaraq xaricdə yaşayan soydaşlarımız arasında müsbət ab-hava yaradıb. Bunun nəticəsi olaraq ümummilli məsələlərin həllində soydaşlarımızın mütəşəkkillik nümayiş etdirərək, istər Xocalı soyqırımında iştirak etmiş erməni terrorçusuna Gürcüstanda qoyulan abidəyə etiraz olaraq keçirdyi izdihamlı mitinq, istərsə də fevralın 23-də Belçika Krallığının paytaxtı Brüssel şəhərində (Lüksemburq meydanı) dünyanın müxtəlif ölkələrindən yüzlərlə soydaşımızın iştirakı ilə Ümumavropa Qarabağ mitinqinin təşkili birliyin real nəticələridir”.
Bəyanatda o da qeyd olunur ki, Azərbaycan diasporunun güclənməsi erməniləri və ermənipərəst qüvvələri narahat etməyə bilməz. Bu səbəbdən bəzi mətbuat orqanlarında, sosial şəbəkə ünvanlarında gündəmi dəyişməyə, fikirləri yayındırmağa yönəlik saxta, yalançı informasiyaların tirajlanır: “Təəssüflə qeyd edirik ki, ermənilərə və ermənipərəst dairərlərin məkrli niyyətlərinə xidmət edən bu fəaliyyət bəzi hallarda sapı özümüzdən olan baltalar tərəfindən də dəstəklənir. Nəinki soydaşlarımızın, hətta beynəlxalq hüquqa hörmətlə yanaşan hər kəsin diqqətinin Brüsseldə, Avropa parlamentinin pəncərələrindən “Xocalıya ədalət”, “Dilqəm və Şahbaza azadlıq” tələb edəcək mitinqdə olduğu bir vaxtda sosial şəbəkələrdə və bəzi saytlarda yalan, qərəzli informasiyaların yayılması təəssüf doğurur”.
Telegram kanalımız