Azərbaycan millisinin üzvü Mahir Emrelinin bir neçə gün əvvəl müqavilə imzaladığı “Dinamo”nun (Zaqreb, Xorvatiya) baş məşqçisi Jelko Kopiç növbəti dəfə futbolçumuz haqqında danışıb.
Yenisabah.az xəbər verir ki, 44 yaşlı mütəxəssis 24 yaşlı futbolçunun hücumun müxtəlif mövqelərində oynaya bildiyini söyləyib:
“O, bütün hücumda bütün variantlarda oynaya bilir. Axtardığımız bu idi. Daha çox mövqe və sistemlərdə istifadə edə biləcəyimiz oyunçu istəyirdik. Axtardığımızı tapdıq, Emrelini aldıq”. Dominos pizza
Qeyd edək ki, Mahir “Dinamo” ilə 4,5 illik müqavilə imzalayıb.
Telegram kanalımız