Aytən Səfərova imza toplamağa başladı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Aytən Səfərova imza toplamağa başladı - Fotolar

Şou

27 Dekabr 2019 16:40 1537


Aparıcı Aytən Səfərova bir neçə gün əvvəl fevralın 9-da keçiriləcək parlament seçkilərinə namizədliyini irəli sürdüyünü elan etmişdi.

"Yeni Sabah" xəbər verir ki, aparıcı artıq şəxsən imza toplamağa da başlayıb.

Bu barədə o, sosial şəbəkədə məlumat verib: Dominos pizza

“87 saylı Ağsu-İsmayıllı seçki dairəsində Aytən Səfərova yeganə namizəddir ki, özü öz ayağı ilə kəndlərdə, rayonun özündə qapı-qapı, küçə-küçə düşərək şəxsən imza toplayıb. Məni evlərinə dəvət edən, məni öz doğması kimi qəbul edən, mənim Ağsudan ilk dəfə olaraq qadın millət vəkili seçiləcəyimə inanan hər bir ailəyə dərin təşəkkür edirəm. Sizin sayənizdə artıq rəsmən Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizəd kimi qeydə alınmışam. Mən sizə güvənirəm, necə ki, siz mənə. İnşallah, görüşəcəyik hər birinizlə təbliğat və təşviqat zamanı”.

Qeyd edək ki, A.Səfərova Ağsu və İsmayıllı rayon sakinlərinə səslənərək ona dəstək olmalarını xahiş etmişdi. /axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!