AZAL məlumat yaydı: Reyslər gecikir

saytların hazırlanması

Evə çatdırılma

AZAL məlumat yaydı: Reyslər gecikir

Sosial

14 Aprel 2024 09:49 554


Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar “Azərbaycan Hava Yolları” aviaşirkətinin aşağıdakı reysləri təhlükəsizlik məqsədilə və bəzi ölkələrin hava məkanının qapalı olması səbəbindən gecikir.

Yenisabah.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, “Azərbaycan Hava Yolları” aviaşirkətinin İslamabad-Bakı (J2 5144); Dammam-Bakı (J2 8210); Dehli-Bakı (J2 058); Dubay-Bakı (J2 016) reysləri təhlükəsizlik məqsədilə və bəzi ölkələrin hava məkanının qapalı olması səbəbindən gecikir. pizza mizza

Əlavə suallar yarandıqda, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!