18 Avqust - 06:35
“Azərbaycan atəşkəsi pozmur, öz ərazisində istədiyini edir”

“Azərbaycan atəşkəsi pozmur, öz ərazisində istədiyini edir”

Siyasət

06 Avqust 2022 11:29 3285


“Azərbaycan Ordusu lazımi addımları atıb, bundan sonra da atacaq”. 

Bunu Yenisabah.az-a açıqlamasında Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı Azərbaycanın ünvanına yol verilmiş təxribata münasibət bildirərkən Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

Xatırlaadq ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı informasiya bülletenində yenə "Dağlıq Qarabağ" ifadəsi işlədilib. Habelə, bülletendə "Azərbaycan Ordusu tərəfindən atəşkəsin 3 dəfə pozulduğu" kimi reallıqla heç bir əlaqəsi olmayan iddia yer alıb.

Dağlıq Qarabağ termininin tez-tez gündəmə gətirilməsinin səbəbi nədir?

Politoloq Rusiyanın bu cür təxribatçı addımlarının ilk olmadığını bildirib.

“lk dəfə deyil ki, Rusiya Müdafiə Nazirliyi yaydığı bülletendə “Dağlıq Qarabağ”, “Dağlıq Qarabağ ordusu”, “Dağlıq Qarabağ silahlı birləşmələri” və.s kimi ifadələrdən istifadə etsin.

Azərbaycan ərazisində “Dağlıq Qarabağ” vahidi yoxdur və bu mövzuda heç bir söhbət ola bilməz.

Bəli, bu gün orada separatçılar oturub. Hansı ki, onlar silahlı birləşmələrini həmin bölgələrdən çıxarmalı idilər. Lakin üçtərəfli bəyanatın kobud şəkildə pozulmasının şahidi oluruq.

Azərbaycan ordusu atəşkəs rejimini heç bir zaman poza bilməz, öz ərazisində istədiyi addımı ata bilər və atacaq da”.

Politoloq bildirib ki, bugün orada yaşayan 15-20 min erməniyə görə yalnış addım atmaq olmaz.

“Bu, bütün dövlətlərə aiddir. Guya ki, Qarabağ bölgəsində yaşayan erməniləri düşünərək öz maraqlarını həyata keçirmək üçün Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymağa çalışırlar.

Tarix hər zaman ədaləti sevir. Hər zaman ədalət bərqərar olub və bundan sonra da əminəm ki, haqq-ədalət öz yerini tapacaq.

Hazırda dünyada çox ciddi geo-siyasi proseslər gedir. Bu kontekstdə onu qeyd edə bilərəm ki, dünya çərçivəsində Azərbaycan obyektivliyini qorumalı, bununla da qlobal nizamda müsbət imic əldə etməlidir”.

Nəsimi Ələsgərli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!