Azərbaycan bu ölkədən   44,7 milyon dollarlıq qızıl aldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan bu ölkədən 44,7 milyon dollarlıq qızıl aldı

İqtisadiyyat

01 Sentyabr 2026 15:57 114


Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə 93 faiz artaraq 77 milyon dollara çatıb.

"Yeni Sabah" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşdığı məlumatda bildirib.

Deputat qeyd edib ki, ötən il iki ölkə arasında 236 məhsul növü üzrə ticarət əlaqələri həyata keçirilib. Ticarət dövriyyəsində Qırğızıstanın 30 milyon dollarlıq müsbət saldosu formalaşıb. Dominos pizza

Vüqar Bayramovun sözlərinə görə, Qırğızıstandan Azərbaycana idxalın 83 faizini qızıl məmulatları təşkil edib. 2025-ci ildə Azərbaycan Qırğızıstandan 44,7 milyon dollar dəyərində qızıl idxal edib. “710813” məhsul kodu üzrə rəsmiləşdirilən bu məhsul UNSD təsnifatına əsasən qeyri-monetar məqsədlər üçün yarımfabrikat formalarda olan qızıl kimi qruplaşdırılır.

Azərbaycanın Qırğızıstana ixracında isə nəqliyyat vasitələri üstünlük təşkil edib. Ötən il qardaş ölkəyə 12 milyon dollar dəyərində minik avtomobilləri ixrac olunub. Bu məhsullar arasında mühərrikinin həcmi 3000 kub santimetrdən çox olan və qığılcımla alışan porşenli daxili yanma mühərrikli nəqliyyat vasitələri də yer alıb.

Qırğızıstandan idxal olunan digər əsas məhsullar qabığı təmizlənmiş yunan qozu (3,1 milyon dollar), günəbaxan toxumu (1,9 milyon dollar) və qurudulmuş mərci (1,2 milyon dollar) olub.

Azərbaycanın Qırğızıstana ixracında isə nəqliyyat vasitələrindən sonra sürtkü yağları 3,6 milyon dollar, metalın emalı üçün emal mərkəzləri və üfüqi aqreqat dəzgahlar isə 1,3 milyon dollarla xüsusi çəkiyə malik olub.

Deputat vurğulayıb ki, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün potensial kifayət qədər yüksəkdir. Onun sözlərinə görə, xüsusilə ticarətin dayanıqlılığı baxımından məhsul növləri üzrə şaxələndirməyə nail olmaq mühüm əhəmiyyət daşıyır.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!