Bakı–Ağstafa–Bakı marşrutu üzrə sərnişin tələbatının artması ilə əlaqədar əlavə qatar reysləri təşkil olunacaq.
“Yeni Sabah” xəbər verir ki, Azərbaycan Dəmir Yolları (ADY) noyabrın 14-dən 30-dək həftəsonları əlavə qatar reysləri həyata keçirəcək.
Qrafikə əsasən, qatar şənbə günləri Bakıdan, bazar günləri isə Ağstafadan yola düşəcək. Sezar pizza
Qeyd edək ki, Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik qatar səfərləri də davam etdirilir.
Əlavə reyslərə biletləri ADY-nin rəsmi internet saytından, “ADY Mobile” tətbiqindən və dəmiryol kassalarından əldə etmək mümkündür.
Aytac Əliyeva
Telegram kanalımız