"Apple" şirkəti yeni qatlanan telefonu "iPhone Duo"da yaranan ekran problemlərini ilk dəfə rəsmən etiraf edib. Şirkətin rəhbəri bəzi cihazlarda nasazlıq olduğunu təsdiqləsə də, problemin nə vaxt tam aradan qalxacağı barədə məlumat verməyib.
“Yeni Sabah” xəbər verir ki, "Apple" şirkətinin baş icraçı direktoru Con Ternus “Reuters”ə müsahibəsində "iPhone Duo" modelinin ekranında yaranan problemlərlə bağlı danışıb. O bildirib ki, ekranı çatlayan və ya başqa nasazlıqlar yaranan cihazlar ümumi satışın çox kiçik hissəsini təşkil edir. "Apple" həmin telefonları yeniləri ilə əvəz edir. Nasaz cihazların sayının nə qədər olduğu dəqiq bilinmir. Telefonların yenisi ilə əvəzlənməsi də anbarlarda olan ehtiyatdan asılıdır. İstehsalda yaranan çətinliklər nasaz cihazı olan istifadəçilərin yeni telefona nə vaxt sahib olacağına da təsir edir.
Con Ternus "iPhone Duo" modelinə tələbatın istehsal imkanlarından yüksək olduğunu bildirib. Onun sözlərinə görə, şirkət istehsal həcmini artırmağa nail olsa da, təklifin tələbi nə vaxt qarşılayacağını hələ proqnozlaşdıra bilmir. pizza hut
"Apple" rəhbəri sifarişlərin gecikmələrinin nə vaxt başa çatacağı ilə bağlı da konkret tarix açıqlamayıb. Nasaz telefonların yenisi ilə əvəzlənməsi prosesi də ehtiyat cihazların sayından asılı olaraq davam edir.
Əsmətxanım Rzazadə
Telegram kanalımız