Şəhid anası faciəvi şəkildə həlak oldu - Foto

saytların hazırlanması

Evə çatdırılma

Şəhid anası faciəvi şəkildə həlak oldu - Foto

Hadisə

05 Noyabr 2026 09:59 1247


Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Yeni Sabah” “Gencexeber”ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi “Lada Niva” markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb.

Qəza zamanı avtomobildə sərnişin qismində olan Todan kənd sakini 64 yaşlı Naqilə Həsənəliyeva ağır xəsarət alıb. Marqarita pizza

O, Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda vəfat edib.

Bildirilir ki, hadisə zamanı avtomobilin sürücüsü maşını saxlayaraq sükan arxasından enibmiş. Bu zaman nəqliyyat vasitəsi enişə doğru sürüşməyə başlayıb və sürətlənərək dərəyə yuvarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Naqilə Həsənəliyeva Birinci Qarabağ müharibəsi şəhidi Sirac Həsənəliyevin anasıdır.

Xatırladaq ki, Həsənəliyev Sirac Qulu oğlu 1986-cı ildə anadan olub. O, cəmi 6 yaşında olarkən Goranboy rayonunun Todan kəndində həyətdə oynadığı zaman erməni qüvvələrinin atdığı top mərmisinin partlaması nəticəsində şəhid olub.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Rahim
    ALLAH CƏMİ ŞƏHİDLƏRƏ VƏ NAQİLƏ XANIMA RƏHMƏT ELƏSİN MƏKANLARI C3 OLSUN. RUHLARI ŞAD OLSUN.
    1 day ago