Azərbaycan derbisi: “Neftçi” “Qarabağ”a qarşı 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan derbisi: “Neftçi” “Qarabağ”a qarşı 

İdman

02 May 2023 09:34 849


Bu gün Azərbaycan Premyer Liqasında XXXII tura "Neftçi" - "Qarabağ" oyunu ilə yekun vurulacaq. 

Yenisabah.az xəbər verir, “Bakcell Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Matçı FIFA referisi İnqilab Məmmədov idarə edəcək. 

Ağdam klubu 31 turdan sonra 78 xalla turnir cədvəlinə başçılıq edir. 61 xalı olan "ağ-qaralar" isə 3-cü pillədə qərarlaşıb. 

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" Qəbələdə "Kəpəz"ə, "Sabah" evdə "Şamaxı"ya 1:0, "Qəbələ" doğma meydanda "Səbail"ə 4:2, "Turan Tovuz" isə səfərdə "Zirə"yə 3:1 hesabı ilə qalib gəlib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!